Dünyanın inkişaf etmiş ölkələrində varlı adamlar, milyonçular şəxsi təyyarələrə malikdirlər. Dəyəri bir neçə on, hətta yüz milyon dollarla ölçülən şəxsi təyyarələr bu insanların təkcə xarici səfərləri zamanı deyil, həm də ölkədaxili səyahətlərində istifadə olunur.
Təbii olaraq hər kəs şəxsi təyyarələrə sahib ola bilmir. Azərbaycanda da şəxsi təyyarələri olanlar var. Lakin şəxsi təyyarəsi olan azərbaycanlılar onu xarici ölkələrdə saxlamağa üstünlük verirlər.
Çünki şəxsi təyyarələrin saxlanılması Azərbaycanda baha başa gəlir.
Şəxsi təyyarəsi olan bir neçə azərbaycanlı var. Bunlar eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov (hazırda yoxdur), məşhur iş adamı, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovdur.
Saytımızın məlumatına görə, Mübariz Mənsimovun 5 şəxsi təyyarəsi olsa da, hazırda biri qalıb. Onun şəxsi təyyarəsi ilə İstanbuldan birbaşa Amerika Birləşmiş Ştatlarına getmək olur.
Telman İsmayılovun 2 şəxsi təyyarəsi olub, lakin indi yoxdur. Həmçinin Anar Məmmədovun da bir təyyarəsi olsa da, hazırda yoxdur.
Məlumata görə, daha bir azərbaycanlı məmur hələ də İstanbula şəxsi təyyarəsi ilə gedib-gəlir.(Modern.az)
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































