Mirbala Səlimlinin "Qırmızı bağ" bədii filmi 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına dəvət alıb.
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından Apa-ya verilən məlumata görə, festival 24-30 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Festivalda filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli də iştirak edəcək.
Film vaxtı ilə babaları bəy olmuş, özü isə müəllim işləyən insanın həyatı haqdadır.
Ekran əsərinin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov ("Azərbaycanfilm") və Timur Vaynşteyndir ("WeiT Media"). Baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev canlandırır.
Mediainfo.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































