Məşhur aktyor və şərq əlbəyaxa döyüş ustası Ceki Çan fəxri "Oskar" mükafatına layiq görülüb.
Apa-nın "bbc.com"a istinadən verdiyi məlumata görə, fəxri mükafat aktyora noyabr ayında Los-Ancelesdə təqdim olunacaq. Ceki Çan Amerika Kino Akademiyası üzvlərinin təklifi və səsvermə nəticəsində kinematoqrafiyanın inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb. O, kinoakademiyada keçirilən səsvermədə "Sənətinin pioneri və əfsanəsi" kimi xarakterizə olunub.
Qeyd edək ki, Honkonqda doğulan 62 yaşlı aktyor indiyədək 250-dən artıq filmə çəkilib. Onlardan ən məşhurları "Kvantunqun balaca pələngi", "Sərxoş usta", "Qorxusuz kaftar" "Bronksedəki mübahisə", "İlk zərbə", "Əjdahanın çıxışı" və s. ekran əsərləridir.
Mediainfo.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































