Bərdə rayon İcra Hakimiyyəti əməkdaşının Azərbaycan bayrağı ilə bağlı hərəkətləri barədə cinayət işi başlanıb.
Mediainfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Xəbərə görə, qeyd olunan faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə Rayon Polis Şöbəsinə tapşırılıb.
Qeyd edək ki, sosial şəbəkədə Bərdə rayon İcra Hakimiyyəti aparatının işçisinin Dövlət bayrağı ilə davranışı barədə videogörüntülər yayılıb.
Bərdə rayon İcra Hakimiyyəti icra başçısı aparatının işçisinin Azərbaycan bayrağı ilə bağlı hərəkətləri barədə sosial şəbəkələrdə yayılmış videogörüntüyə münasibət bildirib. Qeyd olunub ki, İcra Hakimiyyəti Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun sosial şəbəkələrdə yayılmış qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir. Hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb. Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı”ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































