Biləsuvarda hədə-qorxu ilə 10 min manat pul tələb edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar rayon sakini olan bir nəfər polisə müraciət edərək rayonun Ovçubərə kənd sakini İsmayıl İsmayılovun hədə-qorxu yolu ilə ondan pul tələb etdiyini bildirib.
Araşdırmalarla İ.İsmayılovun həmin şəxsdən barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 10 min manat tələb etdiyi, nəticədə onlayn və nağd şəkildə olmaqla ümumilikdə 3000 manat pulunu ələ keçirdiyi müəyyən edilib. İ.İsmayılovun üzərindən zərərçəkmiş şəxsdən əldə etdiyi pul vəsaiti aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxsin digər analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir




















.jpg)
.jpg)










.jpg)






















