Bərdədə silah tapıb satış məqsədi ilə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
APA-nın yerli müxbiri xəbər verir ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah əldə edərək satış məqsədi ilə saxlamaqda şübhəli bilinən rayonun Hacallı kənd sakini Abbaszadə Tural Ənvər oğlu tutulub. Onun yaşadığı ünvana baxış keçrilən zaman evlərinin yanından keçən su kanalında gizlətdiyi 1 ədəd "Kalaşnikov" avtomatı aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü







.jpg)















































