Rusiya Federasiyasının axtarışı ilə həbs edilən şəxs həmin ölkəyə ekstradisiya edilib.
Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə külli miqdarda narkotik vasitələri satmağa cəhd maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa elan edilmiş 1995-ci il təvəllüdlü həmin ölkənin vətəndaşı Aleksey Kuntseviç cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
O, ötən il noyabrın 15-də ölkəmizə gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Aleksey Kuntseviç Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir.jpg)

























.jpg)
.jpg)










.jpg)

















