Yanvar ayının əvvəlindən Qırğızıstanın paytaxtı Bişkekdə havanın kəskin soyuması nəticəsində 15 nəfər donaraq ölüb.
Bu barədə Bişkekin daxili işlər baş idarəsi məlumat yayıb. Qeyd olunub ki, donaraq ölən şəxslərin müəyyən yaşayış yeri olmayıb. Eyni zamanda küçədə yaşayan 85 nəfər sosial sığınacağa aparılıb.
Qeyd edək ki, Qırğızıstanda 26 yanvarda havanın temperaturunun kəskin düşəcəyi ilə bağlı xəbərdarlıq edilib. Ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, respublikanın bəzi dağlıq bölgələrində yanvarın 26-dan 29-na keçən gecə temperaturun gecə mənfi 40-45 dərəcə, gündüz mənfi 28-33 dərəcə şaxta olacağı gözlənilir. Respublikanın paytaxtında 25-30 dərəcə şaxta olacağı gözlənilir.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































