İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dəniz və hava qüvvələri ABŞ ordusunun Küveytdəki Əli əl-Salem hava bazasına ballistik raketlər və dronlarla zərbələr endirib.
Bu barədə Oxuməni.az Middle East Eye, Anadolu və Trampın Truth Social-dakı paylaşımına istinadən məlumat yayıb.
.Küveyt hava bazasından əlavə, SEPAH Bəhreynin paytaxtı Manamidəki Port Salmanda ABŞ-ın Beşinci Donanmasını vurduğunu iddia edir. Bəyanatda hücumların ABŞ-ın İranın beş sahil obyektinə hücumuna cavab olaraq edildiyi bildirilir.
Bu arada, Küveyt ordusu ölkənin hava hücumundan müdafiə qüvvələrinin "düşmən raket və pilotsuz təyyarə təhdidlərinə" cavab verdiyini iddia edib. Hərbçilər insanları təhlükəsizlik qaydalarına riayət etməyə çağırdılar.
ABŞ prezidenti Donald Tramp isə sosial media hesabı olan Truth Social-da İranı hərbi güc tətbiq etməklə hədələyib.
"Artıq rasional ola bilməyəcəyimiz və uğurla başlatdığımız işi hərbi yolla tamamlamağa məcbur olduğumuz bir nöqtə gələ bilər. Əgər bu baş verərsə, İran İslam Respublikası artıq mövcud olmayacaq", - deyə Tramp bildirib.
ABŞ və İran son günlərdə bir-birlərinə zərbələr endiriblər. Buna səbəb ilk olaraq Tehranın Hörmüz boğazında mülki gəmiyə hücum etməsi olub.
Vaşinqton isə buna cavab olaraq Hörmüz boğazındakı hərbi hədəflərə zərbələr endirib. Amerikalıların fikrincə, bu, İranın mülki gəmiyə hücumuna qarşı qisas aktı idi.
Əziz MUSTAFA
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















