İtaliyada Kremondan Milana səfər edən sərnişin qatarı relsdən çıxaraq qəzaya uğrayıb.
Qəza nəticəsində 4 nəfər həlak olub, yüzlərlə insan zərər çəkib, onlardan 10 nəfərin vəziyyəti ağırdır.
Daha əvvəl isə ölənlərin sayının 2 nəfər olduğu bildirilib.
Qeyd edilir ki, qurbanların sayının artması ehtimalı gözləniləndir. Xilasedicilər insanları məhv olmuş qatarlardan xilas etməyə davam edir.
Bildirilib ki, səhər saatlarında baş verən qəzadakı sərnişinlərin çoxu Milana - işə gedənlər olub.
Qatar keçidi mexanizmində baş verən problem qəzanın baş verməsinə səbəb olaraq göstərilir.
Qeyd edək ki, bu gün Çində də oxşar hadisə baş verib. Belə ki, sürətli sərnişin qatarı alovlara qərq olub. Milandakı qəzadan fərqli olaraq Çinin dəmiryol əməkdaşları sərnişinləri yanğından öncə təxliyə edə biliblər. Azadinform
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































