Ölkədə qrip epidemiyası təhlükəsi mövcud deyil

Ölkədə qrip epidemiyası təhlükəsi mövcud deyil

Son günlər bəzi kütləvi informasiya vasitələrində Avropada qrip epidemiyasının yayılması, həmin viruslar arasında ən yayğın olanı, KİV-lərdə adı Avstraliya qripi kimi keçən А (H3N2) virusunun yayılması barədə məlumat verilir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin baş epidemioloqu, tibb elmləri doktoru İbadulla Ağayev Azərtac-a bildirib ki, ölkədə qrip epidemiyasının yayılması barədə heç bir məlumat yoxdur: "Əgər ayrı-ayrı ərazilərdə tək-tək kəskin respirator xəstəliklərə yoluxanlar varsa, bu, heç də epidemiya yayılması demək deyildir. Yaxud yüz minlərlə, on minlərlə əhalinin içərisində beş-on nəfərin qripə yoluxması epidemiya yayılması barədə "həyəcan təbili" çalmağa əsas vermir.

Səhiyyə nazirinin bu sahədə xüsusi əmri var və regionlarda infeksiyalara yoluxma halları ciddi nəzarət altındadır. Əvvəla, qrip virusuna yoluxmanın olub-olmamasını yalnız həkim müayinəsi təsdiq edə bilər. İkincisi, əgər olsa belə ölkəmizin səhiyyə sistemi, tibb müəssisələri, xəstəxana və poliklinikalar onun qarşısını almaq iqtidarındadır. Ona görə də narahatlığa dəyməz və qrip virusunun yayılması barədə də heç bir təhlükə yoxdur".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az