Yaponiyanın şimal-şərqində güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, Yaponiya Baş Meteoroloji İdarəsi yeraltı təkanların 6,2 bal gücündə olması barədə xəbər yayıb.
İdarənin yaydığı məlumata görə, təkanların episentri Sakit okeanda Xokkaydo adasından cənubda 30 kilometr dərinlikdə qeydə alınıb.
Adanın özündə, eləcə də Aomori və İvate prefekturalarında zəlzələ 4 bal gücündə hiss olunub.
Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə məlumat hələ daxil olmayıb.
Yaponiya Baş Meteoroloji İdarəsi sunami təhlükəsi barədə xəbərdarlıq etməyib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































