Sumqayıtda insanlığa sığmayan bir hadisə yaşanıb.
Beşgünlük körpə sırf xəstə olduğu üçün valideynləri tərəfindən atılıb. Bu hadisənin üzərindən 4 ay vaxt keçib, ancaq körpənin valideynlərindən səs-səmir çıxmır. Hazırda körpə Sumqayıt xəstəxanalarından birindədir.
Körpə ötən ilin sentyabr ayında Sumqayıt şəhər uşaq xəstəxanasına nənəsi tərəfindən yoxlanma adı ilə gətirilib. Üzərindən 4 ay keçsə də, balaca qızın nənəsindən və valideynlərindən bir xəbər yoxdur.
Tibb müəssisəsindən bildirilib ki, körpənin valideynləri əslən Yardımlı rayonundan olan Namiq Əliyev və Gülmirə Əliyeva kimi qeyd olunub. Valideynlərin tapılması üçün artıq hadisə ilə bağlı aidiyyatı qurumlara müraciət olunub.
Həkimlər deyir ki, balacanın sağlamlığında olan problemlər aradan qaldırılıb. Hazırda körpə tam sağlamdır.
Uşağın yaxın vaxtlarda Səhiyyə Nazirliyinin qərarı ilə Bakı şəhərindəki körpələr evlərindən birinə köçürülməsi nəzərdə tutulub.xezerxeber
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































