Azərbaycanda nikaha daxil olmaq istəyənlərlə bağlı müayinəsi zəruri olan xəstəliklərinin sayının artırılması, hepatit B və hepatit C-nin də müayinəsi icbarı olan xəstəliklərin siyahısına daxil edilməsi təklif olunub.
Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı hepatit və xərçəng xəstəliklərinin artmasından narahatlığını bildirib, bununla bağlı uzun müddətdir müzakirəsi ləngiyən "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin bu sessiyada müzakirəyə çıxarılmasının vacibliyini qeyd edib.
Deputat Musa Quliyev isə bildirib ki, Ailə Məcəlləsinə dəyişikliklər etmək lazımdır. O qeyd edib ki, nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir: "Bunun olduqca gözəl nəticələri var. Təklif edirəm ki, hepatit B və hepatit C-nin də müayinə paketinə daxil etmək üçün Ailə Məcəlləsinə dəyişiklik edək".apa
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































