Tovuzda 62 yaşlı qadın mağazanın içində yanıb.
APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayon bazarındakı gül dükanında baş verib. Mağaza sahibi Nərgiz Əmiraslanova gecə obyektdə yatarkən paltarı elektrik sobasından alışıb.Qadın yaxınlıqdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə xəstəxanalarının birinə köçürülüb.
Hadisə nəticəsində qadının bədəninin 65 faizi yandığı bildirilir.Nərgiz Əmiraslanovanın yeni güllər gəldiyi üçün mağazada gecələdiyi deyilir.
Hadisə nəticəsində obyektə və içindəki mallara ciddi ziyan dəyməyib. Faktla bağlı araşdırma aparılır.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































