Azərbaycanlı qaçqın Almaniyada qan töküb.
Mediainfo.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Burgholzhausem qəsəbəsində baş verib. Polisin verdiyi məlumata görə, azərbaycanlı ailənin qaçqın kimi sığınacaq almaq üçün Almaniyaya etdiyi müraciətə rədd cavab verilib. Bundan sonra polis gecə 03:30-da qaçqınların yaşadığı əraziyə gələrək azərbaycanlı ailəni deportasiya etmək istəyib.
İki polis əməkdaşı, bir həkim, miqrasiya idarəsinin bir əməkdaşı və bir mühafizəçi azərbaycanlı ailənin qaldığı mənzilin qapısını döyüb. Deportasiya ediləcəyini anlayan ailənin başçısı ani hərəkətlə polisin tapançasını alaraq havaya atəş açıb. Polis əməkdaşları və həkim dərhal hadisə yerindən qaçıb. Miqrasiya idarəsinin nümayəndəsi isə əsir olaraq saxlanılıb.
Bundan bir neçə dəqiqə sonra azərbaycanlı ailə evin qapısını açaraq polisə təslim olub. İçəri daxil olan polis 49 yaşlı qadını qanın içində görüb. Ümidsiz vəziyyətə düşən qadın mətbəx bıçağını götürərək qarın nahiyəsinə vurub.
Ən son xəbərə görə, prokurorluq hadisə ilə maraqlanıb və cinayət hadisənin araşdırılmasına başlanılıb.
xəbər verir ki, hadisə Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Burgholzhausem qəsəbəsində baş verib.
Polisin verdiyi məlumata görə, azərbaycanlı ailənin qaçqın kimi sığınacaq almaq üçün Almaniyaya etdiyi müraciətə rədd cavab verilib. Bundan sonra polis gecə 03:30-da qaçqınların yaşadığı əraziyə gələrək azərbaycanlı ailəni deportasiya etmək istəyib.
İki polis əməkdaşı, bir həkim, miqrasiya idarəsinin bir əməkdaşı və bir mühafizəçi azərbaycanlı ailənin qaldığı mənzilin qapısını döyüb. Deportasiya ediləcəyini anlayan ailənin başçısı ani hərəkətlə polisin tapançasını alaraq havaya atəş açıb. Polis əməkdaşları və həkim dərhal hadisə yerindən qaçıb. Miqrasiya idarəsinin nümayəndəsi isə əsir olaraq saxlanılıb.
Bundan bir neçə dəqiqə sonra azərbaycanlı ailə evin qapısını açaraq polisə təslim olub. İçəri daxil olan polis 49 yaşlı qadını qanın içində görüb. Ümidsiz vəziyyətə düşən qadın mətbəx bıçağını götürərək qarın nahiyəsinə vurub.
Ən son xəbərə görə, prokurorluq hadisə ilə maraqlanıb və cinayət hadisənin araşdırılmasına başlanılıb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































