Rusiyanın Saratov vilayətində magistral neft borusunda yanğın nəticəsində 30 fərdi ev işıqsız qalıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Saratov vilayətinin qubernatoru Valeri Radayev bildirib.
"Əhali arasında təşvişə heç bir əsas yoxdur – hər şey nəzarətdədir. Hazırda 15 dərəcə şaxtada 30-dək fərdi ev işıqsız qalmaqdadır", -deyə Radayev hadisənin baş verdiyi Krasnoarmeyskoye kəndində yaradılmış əməliyyat qərargahında keçirilən iclasda deyib.
Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.
"Transneft"in məlumatına görə, bu gün Kuybışev-Tixoretsk magistral neft borusunda qəza nəticəsində 900 kubmetrədək neft sızıb (Bəzi mənbələr 2 min kubmetrədək neftin azdığını iddia edir). Məlumata görə, hadisə yerində daha sonra baş vermiş yanğın yaxınlıqdakı iki evə keçib. Sakinlər təxliyə olunub, xəsarət alan olmayıb.
Hazırda yanğın tam söndürülüb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































