Şəkidə intihar edən qadını son anda xilas etdilər

Şəkidə intihar edən  qadını son anda xilas etdilər

Şəkidə 56 yaşlı qadın qəbiristanlıqda valideyninin qəbrinin üstündə özünü asıb, onun həyatını son anda polis xilas edib. Hadisə ötən gün axşam saatlarında Şəki şəhəri ərazisindəki qəbiristanlıqda baş verib.

Şəki şəhəri, Sabit Rəhman küçəsi, ev 23 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Gülşad Ələkbər qızı İsgəndərova intihar etmək məqsədi ilə qəbiristanlığa gedərək valideyninin qəbrinin yanındakı dirəkdən intihar etmək məqsədi ilə özünü asıb. 54 yaşlı Gülşad İsgəndərova son anda qurtularaq Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

MRX-dan verilən məlumata görə, Gülşad İsgəndərova travmatik şok vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Hadisə baş verən an qəbiristanlığın yaxınlığından keçən Şəki sakini orada bir nəfərin özünü dirəkdən asdığını görüb və DİN-nin 102 xidmətinə zəng edib.

Əraziyə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları cəlb edilərək Gülşad İsgəndərovanı son anda xilas edə biliblər. Gülşad İsgəndərovanın üzərindən intihar etmək məqsədini bildirən məktubun çıxdığı bildirilir.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.APA

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az