"Qarabağ"ın daha bir futbolçusu karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Belə ki, müdafiəçi Bədavi Hüseynov "Trabzonspor"un maraq dairəsinə düşüb.
Bildirilir ki, müdafiə xəttini gücləndirmək fikrinə düşən trabzonlular Bədavi ilə yanaşı, Hollandiyanın "Vitess" klubundan Roşdi Açente ilə də danışıq aparırlar.
"Trabzonspor"un artıq bununla bağlı "Qarabağ"a rəsmi müraciət etdiyi vurğulanır. Ağdam klubu isə bu keçid üçün qarşı tərəfdən 1 milyon avro istəyib. Xəbərdə hazırda danışıqların davam etdiyi qeyd olunur.
Xatırladaq ki, Bədavi Hüseynov bir ara Superliqanın digər təmsilçisi "Qaziantepspor"un da maraq dairəsinə düşmüşdü. Mövsüm başa çatan kimi isə "Qarabağ"ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem "Əskişəhərspor"a keçmişdi.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































