Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), taksi sifarişi operatorlarının iştirakı ilə “Digital Finance” layihəsinin icrasına başlanılıb. İRİA-nın dəstəyi ilə həyata keçirilən “Digital Finance” layihəsi çərçivəsində iki böyük taksi sifarişi operatorunda (Bolt və Uber/Yango) yeni rəqəmsal həll tətbiq edilib.
Azerbaycanpolisi.az bu barədə APA-Economics-ə istinadən məlumat verir.
Yeni sistem taksi bazarında şəffaflığın artırılması, sənədlərin yoxlanılması prosesinin avtomatlaşdırılması, sürücülərə dair tələblərə nəzarətin gücləndirilməsi və sərnişinlər üçün təhlükəsizlik və xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb.
Layihənin məqsədi operatorların mobil tətbiqlərində yeni sürücü qeydiyyatı zamanı “Xüsusi hazırlıq şəhadətnaməsi” və “Buraxılış kartı” məlumatlarının texnoloji həll vasitəsilə real vaxt rejimində avtomatik yoxlanılmasının təmin edilməsidir.
Əlavə olaraq, sürücülərin “Xüsusi hazırlıq şəhadətnaməsi” məlumatlarının paylaşılmasına dair öz “myGov” kabinetləri üzərindən razılıq vermələri tələb olunur.
Qeyd edək ki, indiyədək yeni sürücü qeydiyyatı zamanı “Xüsusi hazırlıq şəhadətnaməsi” və “Buraxılış kartı” məlumatlarının yoxlanılması prosesi taksi sifarişi operatorları tərəfindən avtomatik deyil, əl ilə icra edilirdi. Bu isə buraxılış kartı olmadan və təlimdən keçməyən sürücülərin asanlıqla qeydiyyatdan keçərək taksi sifarişi operatorlarının sistemlərində sürücü profili yaratmaqla fəaliyyət göstərmələrinə imkan verirdi. İndi isə qeyd olunan sənədlərin mövcudluğu yaradılmış inteqrasiya əsasında yoxlanılacaq, sözügedən sənəd və icazələri olmayan şəxslər sürücü kimi fəaliyyət göstərə bilməyəcəklər.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























