I Avropa Oyunlarında iştirak edəcək Rumıniya yığma komandası bu gün Bakıya gəlib. Rumıniyanın Bakıdakı Səfirliyindən verilən məlumata görə, idmançıları Heydər Əliyev adına Beynəlxalq Aeroportda Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu və səfirliyin digər üzvləri qarşılayıb.
Rumıniya komandası 83-ü kişi, 64-ü qadın olmaqla 147 idmançıdan ibarətdir. Səfir D. K. Çiobanu idmançılara uğurlar diləyib və qızıl medallar qazanmağı arzu edib.
İdmançılar da öz növbəsində, yarışlarda uğur qazanmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































