İtaliya mətbuatında Bakı-2015 I Avropa Oyunları ilə bağlı məqalə dərc olunub.
Apa-nın İtalianinsider.it portalına istinadən verdiyi məlumata görə, yazıda Bakı şəhərinin ev sahibliyi edəcəyi I Avropa Oyunlarının başlamasına az müddətin qaldığı qeyd olunub.
"Bakı 20 idman növü üzrə 6000-dən artıq atleti salamlamağa hazırlaşır. Avropa Olimpiya Komitələri ilk qitə Oyunlarını keçirməklə, idman dəyərlərinin nüfuzunu artırmaq niyyətindədir. Bununla yanaşı, idmançılar Rio Yay Olimpiya Oyunlarına təsnifat lisenziyaları əldə edə biləcəklər", - deyə məqalədə vurğulanıb.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































