Rusiya prezidenti Vladimir Putin bu həftənin sonunda Azərbaycana səfər edəcək.
Rusiya mediasıxəbər verir ki, bu barədə Vladimir Putinin mətbuat xidməti Dmitri Puskov jurnalistlərə açıqlamasında deyib.
"Daxili gündəliklə yanaşı, xarici səfərlərə də hazırlaşmağa davam edirik. Prezident bu həftə İtaliyaya, həmçinin həftənin sonunda Azərbaycana səfər edəcək", - Puskov bildirib.
Daha əvvəl isə Kremldən Vladimir Putinin I Avropa Oyunlarının açılışında iştirakının istisna olunmadığı açıqlanmışdı. "Prezident Putin I Avropa Oyunlarının açılışına dəvət alıb. Belə bir səfərin olacağını istisna etmək olmaz. Qəti qərar qəbul edilən kimi əlavə məlumat verəcəyik", - Putinin mətbuat katibi söyləmişdi.
Qeyd edək ki, I Avropa Oyunlarının açılışı 12 iyun tarixində olacaq.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































