Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançıları və nümayəndə heyətləri ölkəmizə gəlməkdə davam edirlər.
ANS -in məlumatına görə, Oyunlarda iştirak edəcək türkiyəli idmançıların bir qrupu iyunun 8-də Azərbaycana gəlib.
Qardaş ölkə idmançılarını Heydər Əliyev Beynəlxalq Aeroportunda "Bakı-2015" Əməliyyat Komitəsinin əməkdaşları, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun və birinci Avropa Oyunlarının könüllüləri qarşılayıblar.
Komandanın nümayəndələri xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb. "Bakı-2015" Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah yarışlar başlayana qədər fasiləsiz fəaliyyət göstərəcək.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































