I Avropa Oyunları Afrikada da yayımlanacaq

I Avropa Oyunları Afrikada da yayımlanacaq

Bu gün Bakı Avropa Oyunları Əməliyyat Komitəsi "Fox Sport Afrika" teleyayım şirkəti ilə müqavilə imzalayıb. İKT.lent.az-ın xəbərinə görə, müqaviləyə əsasən Birinci Avropa Oyunları Afrika qitəsinin 25 dövlətində yayımlanacaq.

Ərəb Dövlətləri Yayım Birliyi ilə ötən ilin oktyabrında imzalanmış müqavilə Şimali Afrika və Yaxın Şərq ölkələrində idman azarkeşlərinin Bakı 2015-i izləməyinə imkan verir. Bu gün imzalanan saziş isə Oyunların Afrika qitəsinin daha böyük hissəsinə yayımlanmasına təkan verəcək.

Kabel televiziyası olan "Fox Sport Afrika" yarışları, eləcə də açılış və bağlanış mərasimlərini "Fox Sport" və "Fox Sport-2" kanalları ilə ingilis və fransız dillərində yayımlayacaq.

Bu müqavilədən sonra Avropadan kənarda Oyunların yayımlanacağı ölkələrin sayı 75-ə çatıb. Bu da qeyri-Avropa ölkələrində 579 milyon evdə yarışların izlənməsinə şərait yaradacaq.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq yeni yayım müqaviləsi ilə bağlı aşağıdakıları bildirib: "Afrika dünya idmanı üçün çox mühüm əhəmiyyət kəsb edən qitə və kommersiya cəhətdən inkişaf edən bazardır. Bu tədbir Birinci Avropa Oyunları olduğu üçün yararlana biləcəyimiz mövcud təcrübə yoxdur. Lakin Bakı 2015-ə yeni tərəfdaşımız "Fox Sport Africa" yayım şərkəti də daxil olmaqla dünya yayımçıları tərəfindən böyük maraq göstərilməsindən şadam. Açılış mərasiminə bir həftə qalmış, Oyunların sehrini dünyanın bütün qitələrində paylaşacağımızı bilmək bizə möhtəşəm hisslər yaşadır".

"Fox Sport Africa" televiziya şirkətinin kanallar üzrə direktoru cənab Kristian Serimel də müqavilə ilə bağlı fikirlərini bildirib: "Biz, izləyicilərimizə hər zaman yeni və maraqlı idman tədbirləri təqdim etməyə çalışırıq. Bakı 2015 Avropa Oyunlarının Afrikada da böyük maraqla izlənəcəyinə şübhəm yoxdur. Elit idman tədbiri beynəlxalq marağa sahib olur. Biz, dünya idman tarixinin yeni və önəmli tədbirinin bir qolu - Bakı 2015-in tərəfdaşı olmaqdan qürur duyuruq"

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az