Azərbaycan paytaxtında təşkil olunacaq və ilk dəfə keçiriləcək Avropa Oyunları məşhur "Sky Sport" vasitəsilə canlı yayımlanacaq. Apa-nın xəbərinə görə, bu barədə telekanalın saytında məlumat verilib.
Xəbərdə bildirilir ki, Azərbaycanın qədim Bakı şəhəri yarışlar üçün 6000-dən çox idmançını qəbul edəcək: "İlk Avropa Oyunları zamanı 20 idman növü üzrə yarışlar keçiriləcək və onlardan 16-sı Olimpiya növü üzrə olacaq".
Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq "Sky Sport"la son razılaşmanın bütün dünyada idman həvəskarlarının yarışları izləməsinə imkan yaradacağını bildirib: "Mən belə bir nüfuzlu şəbəkənin bizim yayım tərəfdaşlarımız arasında olmasından çox məmnunam".
Qeyd edək ki, "Sky Sport" Avropa Oyunlarını iki kanal vasitəsilə canlı yayımlayacaq.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































