“Euronews” Bakı-2015 Avropa Oyunları ilə bağlı reportaj hazırlayıb

“Euronews” Bakı-2015 Avropa Oyunları ilə bağlı reportaj hazırlayıb

"Euronews" telekanalı ilk Avropa Oyunları ilə bağlı reportaj hazırlayıb.

Apa-nın məlumatına görə, videomaterial boks üzrə komandamızın üzvü, dünya çempionu Cavid Çələbiyevin məşq prosesi və Oyunlardakı hədəfləri barədə fikirləri ilə başlayır.

İndiki mərhələdə psixoloji cəhətdən hazır olmağın vacibliyini qeyd edən C. Çələbiyev öz çəki dərəcəsində planetin ən güclüsü olduqdan sonra kifayət qədər təcrübə qazandığını və Avropa Oyunlarında bundan maksimum yararlanaraq qızıl medal qazanacağına inandığını bildirib.

Süjetdə Avropa Oyunlarının Afrika, Sakit Okean hövzəsi, Pan-Amerika və Afrika Oyunlarına oxşar multi-idman yarışı olduğu diqqətə çatdırılır. "Bakı-2015" Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, idman direktoru Pirs O`Kallahan, açılış mərasiminin rejissoru, yunanıstanlı Dimitris Papaianu, BEGOC-un Bilet Satışı üzrə direktoru Miryam Boqatay Avropa Oyunlarına hazırlıqlarla bağlı fikirlərini bildiriblər. Bakı şəhərinin 2,5 il ərzində Oyunları qəbul etməyə tam hazır olması xüsusi ilə qeyd edilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az