Birinci Avropa Oyunlarının məşəli Xaçmaz rayonuna gətirilib. Apa-nın şimal bürosunun verdiyi məlumata görə, yarışın simvolu şəhərin Bakı prospektində qurulan Oyunların rəmzi qapısında qarşılanıb.
Məşəli atletika üzrə məşqçi Güləli Balayev qəbul edib. Onun ardınca 10 nəfər növbə ilə rəmzi bir-birinə ötürərək prospekt boyunca 4100 m məsafəni qət edərək, Bayraq Meydanına gəliblər. Cüdo üzrə beynəlxalq yarışların mükafatçısı Vasif Talıblı burada quraşdırılan səhnəyə qalxaraq, çırağı alovlandırıb.
Sonra isə Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilib. Tədbir zamanı Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx nümayiş olunub.
Məşəl Xaçmazdan Şabrana yola düşəcək. Sabah burada estafet və qarşılanma mərasimi təşkil olunacaq.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































