"Bakı 2015" I Avropa Oyunlarının Rusiya ərazisində yayımı məqsədilə "Rossiya" milli televiziya kanalı ilə müqavilə imzalanıb.
"Report"un məlumatına görə, telekanal qonşu ölkədə Oyunların həm ödənişsiz yayım şəbəkəsi, həm də kabel televiziyası vasitəsilə nümayiş etdirmək hüququ əldə edib.
Müqaviləyə əsasən, "Bakı 2015" Rusiyada 53 milyon evə yayımlanacaq. "Rossiya 2" (ödənişsiz yayım), "Sport", "Sport 1" və "Döyüş klubu" (kabel televiziyası) kanallarının birlikdə həyata keçirəcəkləri gündəlik 10 saatlıq yayım vasitəsilə rus tamaşaçılar Bakıdakı idman tədbirini izləyə biləcəklər. Eyni zamanda, Rusiyanın iki aparıcı idman veb səhifəsi - Vesti.ru və Sportbox.ru da Oyunların onlayn yayımını həyata keçirəcək.
Telekanalın idman şöbəsinin rəhbəri Aleksandr Tasçin bildirib ki, Avropa Oyunları 12 idman növü üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya imkanları verir. Eyni zamanda, Rusiya Oyunlarda ən geniş tərkibdə təmsil olunacaq: "Məhz bu səbəbdən, "Rəqəmsal televiziya" RTR paketinə daxil olan üç kanal vasitəsilə maksimum şəkildə bütün yarışların yayımını televiziya tamaşaçılarına təqdim etməyə hazırıq".
Qeyd edək ki, iyunun 2-də Rusiya prezidenti Vladimir Putin "Bakı 2015" I Avropa Oyunlarını ölkə telekanallarının yayımlamamasından narazılığını bildirib.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































