Rusiya prezidenti Vladimir Putin Bakı-2015 Birinci Avropa Oyunları ilə bağlı xəbərləri kifayət qədər işıqlandırmayan telekanalları tənqid edib.
Ölkə başçısı hazırkı büdcə durumu ilə bağlı bəzi məhdudiyyətlərin olduğunu qəbul etdiyini bildirsə də, o, prioritetlərin önəmini və oyunların əhəmiyyətini vurğulayıb:
"Bu, necə ola bilər? Jukov (Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov –red.) mənə bildirdi ki, Bakıdakı ilk Avropa oyunlarını heç bir kütləvi informasiya vasitəsi, kanallarımız işıqlandırmaq istəməyib. Bu, dünya idmanında önəmli hadisədir. Görürəm ki, idmandakı yüksək nailiyyətlərin təşkili sistemi, bu sahədə informasiya təminatı qeyri-mükəmməldir ".
Qeyd edək ki, ilk Avropa Oyunları Bakıda 12-28 iyun tarixlərində keçiriləcək. (axsam)
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































