İyun ayının 1-də Birinci Avropa oyunlarının məşəli Qusar rayonundan sonra Qubaya gətirilib.
Quba şəhərində məşəl Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkının qarşısında qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyət nümayəndələri tərəfindən böyük coşqu ilə qarşılanıb. Məşəl güləş üzrə veteranlar üzrə dünya çempionu Musa Mirzəyev tərəfindən qəbul olunub. Bundan sonra 14 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca dörd kilometr məsafəni qət edərək Quba Meydanına gəliblər. Burada quraşdırılan səhnəyə qalxan əməkdar məşqçi Telman Məhərrəmov məşəli alovlandırıb. Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün H.Əliyev Mərkəziinə təhvil verilib. Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı nümayiş olunub. Bununla da Quba Birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 55-ci yaşayış məntəqəsi olub. Günün sonunda Qubada möhtəşəm Alov festivalı keçirilib. Respublikanın və rayonun tanınmış incəsənət ustalarının konsert proqramı təşkil olunub. Festivalın sonunda atəşfəşanlıq olub. Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəlinin növbəti qarşılanma mərasimi iyunun 3-də Xaçmaz rayonunda olacaq.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































