Ukraynanın paytaxtı Kiyevdə ilk Avropa Oyunları ilə bağlı bayram yürüşü keçirilib. Apa-nın məlumatına görə, Azərbaycan-Ukrayna Beynəlxalq Alyans, "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı və Trend İnformasiya Agentliyinin informasiya dəstəyi ilə baş tutan bayram yürüşündə Kiyevin tanınmış "Super Barabanşiçı" (Супер Барабанщицы) ansamblı şəhərin mərkəzi Xrişatik küçəsində I Avropa Oyunlarının loqosu olan bayraqlarla birgə marş keçiriblər.
Şəhərin mərkəzində bayram yürüşü zamanı, həmçinin paytaxtın sakinlərinə və qonaqlarına I Avropa Oyunları ilə bağlı bukletlər, jurnallar paylanılıb, onlara Oyunlar barədə ətraflı məlumat verilib.
"Super Barabanşiçı" ansamblının iştirakı ilə bir gün sonra ümummilli lider Heydər Əliyevin abidəsi qarşısında daha bir bayram yürüşü keçirilib. Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyulub. Abidə önündə çıxış edən Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bildirib ki, Azərbaycan ilk Avropa Oyunlarının məsuliyyətini dərk etməklə bir daha idman ölkəsi olduğunu sübut etdi. O qeyd edib ki, Azərbaycanda ilk Avropa Oyunları uğurla həyata keçiriləcək və bir daha gücümüz dünyaya bəyan olacaq.
Trend İnformasiya Agentliyinin baş redaktorunun müavini, "Düşüncə" İctimai Birliyinin sədri Emil Hüseynli isə çıxışında deyib ki, Azərbaycan I Avropa Oyunlarına yüksək standartlar tətbiq etməklə hazırlaşıb: "Azərbaycan dövləti və xalqı həmrəylik nümayiş etdirərək qarayaxma kampaniyasına baxmayaraq, ilk Avropa Oyunlarına ciddi hazırlaşıb. Oyunlardan sonra ölkəmizin qüdrəti bir daha dünya ictimaiyyətinə bəlli olacaq".
Qeyd edək ki, ilk Avropa Oyunları ilə bağlı tədbirlər Ukraynanın digər şəhərlərində də keçiriləcək.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































