Fransanın PSJ klubunun və İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç Bakıya gəlir. Bu barədə Türkiyənin "Cumhuriyet" qəzeti xəbər yayıb. Təcrübəli futbolçu artıq İsveçdən İstanbula gəlib.
Adı "Qalatasaray"la birgə hallanan tanınmış simanın Türkiyəyə gəlişi "sarı-qırmızılılar"ın azarkeşlərini həyəcanlandırıb. İstanbul klubunun fanatları İbrahimoviçin müqavilə imzalamaq üçün Türkiyəyə gəldiyini güman ediblər. Ancaq sonradan məlum olub ki, İbrahimoviç Bakıya gəlmək üçün İstanbul hava limanında görünüb.
İsveç-İstanbul-Bakı reysi ilə hərəkət edən İbrahimoviçin bu gün Bakıda olacağı gözlənilir. Hələlik isveçlinin paytaxtımıza səfərinin səbəbi açıqlanmır.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































