Avropa Oyunlarının İspaniyada təqdimatı olub

Avropa Oyunlarının İspaniyada təqdimatı olub

İyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunlarının İspaniyada təqdimatı olub.

apa-nın "FoxNews"a istinadən verdiyi məlumata görə, İspaniya Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko tərəfindən təşkil olunan tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev 2 həftədən sonra Azərbaycanın Avropa idmanı sahəsində tarix yazacağını deyib: "Bu idman yarışının keçirilməsi ideyası İspaniyada yaranıb. Ona görə də bizim bu tədbirlə xüsusi bağlılığımız var. Bu yarış mədəniyyətlərin qarışmasına imkan yaradır. Biz bu mesajı bütün dünyaya göndərmək istəyirik. Avropa Oyunları ölkəmizi tanıtmaq baxımından unikal imkan olacaq. Azərbaycanla İspaniyanı idman qədər bağlayan digər sahə yoxdur".

Tədbirdə çıxış edən İspaniya Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko Avropanın idman üçün ən vacib qitə olduğunu bildirib: "Baxmayaraq ki, Azərbaycan komandası bu yarışı keçirmək hüququ qazanmasından yalnız 2 il yarım vaxt keçib, bu oyun təşkilat üçün standartları müəyyən edəcək". Qeyd olunub ki, ilk Avropa Oyunlarında İspaniya 214 idmançı ilə təmsil olunacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az