Masallı. 15-26 may 2015-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində "28 May Respublika Günü"nə həsr olunmuş məktəblilər arasında dama üzrə rayon birinciliyi keçirilmişdir.
Gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi ilə keçirilən tədbiri Masallı rayon Gənclər və İdman idarəsinin rəis müavini Oqtay Ağayev açaraq "Azərbaycan Gəncliyi 2011 - 2015-ci illər Dövlət Proqramı"nın müvafiq bəndlərinin rayonumuzda icra olunmasından, ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq yarış iştirakçılarına uğurlar diləmişdir.
Yarışda 36 tam orta məktəbdən 108 şagird öz gücünü sınayıb .
Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda I, II, III yerləri tutan dama həvəskarlarına Masallı rayon Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri verilib.
Əlihüseyn ŞÜKÜROV
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































