09 may 2015-ci il tarixdən 21 may 2015-ci il tarixədək Masallı rayonunun Ərkivan qəsəbə stadionunda 16 komandanın iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon birinciliyi keçirilmişdir.
Yarışın final mərhələsi 21 May 2015-ci il tarixdə Ərkivan qəsəbə stadionunda keçirilmişdir. Yarışın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin xatirəsini əziz tutmaq, rayonda futbol idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək olub. Keçirilən yarışlarda bütün oyunları müvəffəqiyyətlə başa vuran Ərkivanın "Qala- 95" komandası və "Ərkivan-Sport" komandası, Binə Xocavar kəndinin "Binə Xocavar" komandası, Bədirli kəndinin "Bədirli" komandası final mərhələsində mübarizə aparmışlar. Gərgin və maraqlı keçən yarışda Ərkivanın "Qala 95" komandası I yerə, Ərkivanın "Ərkivan-Sport komandası II yerə, Binə Xocavar kəndinin "Binə Xocavar" və Bədirli kəndinin "Bədirli" komandaları III yerləri bölüşmüşlər.
Qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır .
Əlihüseyn ŞÜKÜROV
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































