Birinci Avropa Oyunlarının məşəli Şəmkir rayonundan sonra bu gün Ucar rayonuna gətirilib.
Apa-nın yerli bürosunun məlumatına görə, yarışın rəmzinin yürüşünə saat 14:00-da şəhər mərkəzində yerləşən Koroğlu küçəsində start verilib.
Avropa Oyunlarının simvolik qapısında məşəli rayonun fəal gənci Tağı Məmmədov qəbul edib. Bakı-2015-in rəmzini daşımaq üçün 10 gənc estafetə qoşulub və onlar məşəli bir-birinə ötürərək, şəhərin Heydər Əliyev prospektindən keçib. Məşəlin qarşılanma mərasimi Heydər Əliyev parkında tamamlanıb.
Ardınca məşəli məşqçi-idmançı Seymur Quliyev qəbul edərək, parkda quraşdırılmış səhnəyə qalxıb və çırağı alovlandırıb. Daha sonra yarışın simvolu sayılan çırağı şahmatçı Süsən Məmmədova Heydər Əliyev mərkəzinə təhvil verib. Bakı-2015-in rəmzi Avropa Oyunlarının sonuna kimi burada saxlanılacaq.
Məşəl Ucar rayonundan sonra Göyçay rayonuna aparılıb.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































