Azərbaycan futbolunun və "Neftçi" tarixinin unudulmaz simalarından hesab olunan Əhməd Ələsgərov bu gün Ukraynanın Odessa şəhərində torpağa tapşırılacaq.
Dəfn mərasimində "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanov da iştirak edəcək.
Xatırladaq ki, Əhməd Ələsgərov 1966-cı ildə "Neftçi" və 1974-cü ildə Ukraynanın "Çernomorets" klubları ilə SSRİ çempionatının bürünc medallarını qazanıb. 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasını çalışdırıb. Milli komandamızın ilk məşqçisi kimi tarixə düşüb.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































