Peşəkar Futbol Liqasının (PFL) təşkil etdiyi bütün yarışlarda Bakının Binəqədi qəsəbəsindəki yanğında həlak olanların və Azərbaycanın əfsanəvi baş məşqçisi Əhməd Ələsgərovun xatirəsi anılacaq. Bunu Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin rəisi Zamiq Hüseynov deyib.
Onun sözlərinə görə, bu gün əvəzedicilərin yarışında, 22-23 mayda isə Azərbaycan Premyer Liqası və I divizionda bütün oyunlar öncəsi 1 dəqiqəlik sükut elan olunacaq. Z.Hüseynov bildirib ki, komandalara meydana qara sarğı ilə çıxmaları da təklif olunub.
PFL rəsmisi mayın 22-də "Qarabağ" - "İnter" matçından sonra təşkil olunacaq mükafatlandırma mərasiminin təmtəraqlı olmayacağına da işarə vurub: "Bu barədə qərar yaxın saatlarda veriləcək. Amma inanmıram ki, "Qarabağ"a qızıl, "İnter"ə isə gümüş medallar təmtəraqlı şəkildə təqdim edilsin".
Qeyd edək ki, mayın 19-da Binəqədidəki yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb. Həmin gün "Neftçi"yə SSRİ çempionatları tarixində baş məşqçi kimi yeganə bürünc medalı qazandırmış Əhməd Ələsgərov Ukraynanın Odessa şəhərində vəfat edib. (report)
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































