Heyvan hüquqlarının müdafiəsi ilə bağlı müzakirələr yenidən gündəmdə

Heyvan hüquqlarının müdafiəsi ilə bağlı müzakirələr yenidən gündəmdə


Vyetnamın paytaxtı Hanoyda ev heyvanlarının müəmmalı şəkildə yoxa çıxması sahibləri arasında ciddi narahatlıq yaradıb. İnsanlar itkin düşən pişiklərini tapmaq ümidi ilə şəhər kənarındakı heyvan bazarlarına üz tuturlar.

“Reuters” agentliyinin məlumatına görə, Hanoy ətrafındakı yolkənarı bazarlardan birində Kieu Minh Phuong adlı sakin doqquz yaşlı, üçrəngli pişiyini axtarır. O, müxtəlif qəfəslərdə saxlanılan onlarla heyvanın arasında öz ev heyvanını tapmağa çalışır.

Sözügedən bazarlarda pişiklərlə yanaşı, itlər, dovşanlar və döyüş xoruzları da satışa çıxarılır. Heyvanların bir qismi evdə saxlamaq üçün satılsa da, digərləri ətlik kimi nəzərdə tutulur.

Kieu Minh Phuong bu bazarlara üz tutmasının səbəbini sosial şəbəkələrdə gördüyü paylaşımlarla izah edib. Onun sözlərinə görə, “Facebook” qruplarında itkin düşən ev heyvanlarını məhz bu cür bazarlarda tapan insanların hekayələrinə tez-tez rast gəlinir və bu da ona ümid verib.

Heyvanların küçələrdən yoxa çıxaraq sonradan bazarlarda peyda olması heyvansevərləri narahat edir. Xüsusilə pişik və itlərin hansı şəraitdə tutulması, daşınması və satılması heyvan hüquqlarının müdafiəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Doqquz yaşlı pişiyindən əlini üzməyən sakinin bu səyləri ev heyvanlarının insanlar üçün sadəcə bir canlı deyil, ailənin ayrılmaz bir üzvü olduğunu bir daha sübut edir.

Şahmurad

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.27

2026.11.26

2026.11.25

2026.11.24

2026.11.23

2026.11.22

2026.11.21

2026.11.20

2026.11.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az