Pentaqon afroamerikalı Corc Floydun ölümündən sonra başlayan qarışıqlıqlarla əlaqədar Birləşmiş Ştatların paytaxtı Vaşinqtonun ətrafındakı yaşayış məntəqələrinə təxminən 1,6 min hərbi qulluqçu göndərib.
Oxuməni.az-ın məlumatına görə, bu barədə ABŞ-ın müdafiə qurumunun rəsmi nümayəndəsi Conatan Hoffmana istinadən "Reuters" bildirib.
O qeyd edib ki, nizami ordunun əsgərləri Vaşinqtonun özündə yox, şəhərin yaxınlığındakı hərbi bazalara yerləşdiriliblər.
Hərbçilər yüksək döyüş hazırlığı vəziyyətinə gətiriliblər. Onlar hələ ki mülki hakimiyyətə kömək etmirlər.
Mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb.
Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.
Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.
Bütün bunlara baxmayaraq, artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.
Oxuməni.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































