İsrail qırıcıları Yəmənin Hodeyda şəhərinin şimalındakı Ras-İssa limanında yanacaq saxlama çənlərini bombalayıb, “RİA Novosti” Hodeyda əyalətinin administrasiyasındakı mənbəyə istinadən xəbər verir.
“İsrail qırıcıları Hodeyda limanına analoji hücumdan sonra Hodeyda şəhərinin şimalındakı Ras-İssa limanında yanacaq saxlama çənlərini bombalayıblar”, - deyə məlumatda bildirilir.
Yəməndən atılan bir neçə raket onun mərkəzi hissəsinə çatdıqdan sonra İsrail Yəmənə hücum edib.
Yəmənin “Əl-Masirah” telekanalı İsrailin hava hücumlarının Hodeyda əyalətinin mülki infrastrukturuna, xüsusən limanlardakı neft anbarlarından əlavə iki yerli elektrik stansiyasına endirildiyini bildirib.
“İsrail Hərbi Hava Qüvvələri İsrail sərhədindən 1,8 min km məsafədə Yəməndəki husi terror rejiminin hədəflərinə hücum edib”, - deyə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Ordu qeyd edib ki, bazar günü Yəmənin liman şəhəri Hodeydada elektrik stansiyalarını və neft idxalı üçün istifadə edilən limanı hədəf alaraq infrastruktura qarşı bir sıra hava hücumları həyata keçirib.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























