Meteohəssas insanlar üçün yanvar ayının təqvimi - Diqqətli olun!

Meteohəssas insanlar üçün yanvar ayının təqvimi - Diqqətli olun!

2025-ci ilin əvvəlində Günəş aktivliyi dövrlərinin baş verməsi gözlənilir, bu səbəbdən sağlamlığa daha çox diqqət yetirmək və istirahətə vaxt ayırmaq məsləhət görülür.

Yenisabah.az yanvar ayı üçün maqnit qasırğası proqnozunu təqdim edirik:

5-6 yanvar: Zəif və mülayim maqnit qasırğaları. Baş ağrısı, yüngül yorğunluq və enerji azalması yaşanabilir.

9-10 yanvar: Güclü maqnit qasırğaları gözlənilir. Hava şəraitinə qarşı həssas olan insanlarda qəfil əhval dəyişikliyi, qıcıqlanma və qan təzyiqinin yüksəlməsi müşahidə oluna bilər.

15-16 yanvar: Maqnit aktivliyi mülayim olacaq. Stressdən və aşırı fiziki fəaliyyətdən qaçınmaq tövsiyə olunur.

21-22 yanvar: Zəif və orta dərəcəli maqnit qasırğaları meteohəssas insanlarda narahatlığa səbəb ola bilər.

27-28 yanvar: Orta səviyyəli aktivlik. Yuxu rejimini izləmək, düzgün qidalanmaq və orqanizmi çox yükləməmək vacibdir.

Qeyd etmək lazımdır ki, bu proqnozlar ilkin xarakter daşıyır, çünki günəş partlamaları gözlənilən vaxtdan əvvəl baş verə bilər və maqnit qasırğalarının intensivliyini artırıb ya da azalda bilər.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2025.08.16

2025.08.15

2025.08.14

2025.08.13

2025.08.12

2025.08.11

2025.08.10

2025.08.09

2025.08.08

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2025 © Azerbaycanpolisi.az