Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Liviyada Türkiyəyə qarşı səfərbərlik elan edən qiyamçı Xəlifə Haftara 11 ton reaktiv yanacaq göndərdiyi ortaya çıxıb.
Mediainfo.az xəbər verir ki, bu barədə İngiltərənin "Taynənşl Tayms" qəzeti məlumat yayıb.
Bildirilir ki, Liviyada Milli Razılıq Hökuməti ötən ayın sonunda Misurata yaxınlığında əl qoyduqları Liberiya bayraqlı "Gulf Petroleum 4" neft tankerinin arxasındakı şirkətlərlə bağlı araşdırma aparıb.
Araşdırma nəticəsində BƏƏ-yə aid şirkətlərin Haftar ordusunun nəzarətindəki Benqazi şəhərinə 11 ton reaktiv yanacaq göndərdiyi məlum olub.
Məsələ ilə bağlı qəzetə açıqlama verən BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Stefani Uilyams BMT tərəfindən reaktiv yanacağın müharibə vasitəsi kimi qəbul olunduğunu deyib:
"Ölkənin şərqində bu istiqamətdə aparılan daşınmanın BMT-nin Liviya ilə bağlı silah embarqosu qərarının pozulması deməkdir. Bu şəkildə qeyri-qanuni idxal çox güman ki, Xəlifə Haftara bağlı hava qüvvələrinin istifadə etməsi üçün edilib".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































