Neft uğrunda mübarizə: ABŞ və Rusiya hərbçiləri qarşı-qarşıya gəldi

Neft uğrunda mübarizə: ABŞ və Rusiya hərbçiləri qarşı-qarşıya gəldi

ABŞ və Rusiya ordusu Suriyada növbəti dəfə qarşı-qarşıya gəlib.

Anadolu agentliyi xəbər verir ki, rusiyalı hərbçilər "M4" quru yolu vasitəsiylə Haseke bölgəsindəki Tel Temir rayonundan keçməklə Qamışlı vilayətindəki neft quyularının yerləşdiyi ərazilərə daxil olmaq istəyiblər. Lakin amerikalı hərbçilər Qamışlı istiqamətində irəliləyən Rusiyaya məxsus 4 zirehli texnikanın qarşısını alıb. Rusiyalı hərbçilər istiqamətlərini dəyişərək fərqli yollarla Qamışlıya çatmağa cəhd göstərsələr də, amerikalı hərbçilər buna da imkan verməyib.

Qeyd edək ki, Qamışlı bölgəsindəki neft quyuları ABŞ-ın və onların dəstək verdiyi PKK-YPG terrorçularının nəzarətindədir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az