Fevralın 28-də Minskdə Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Baş Qərargah fakültəsində dövlət və hərbi idarəetmə ixtisası üzrə dinləyicilərin növbəti buraxılış mərasimi keçirilib.
Mediainfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərasimdə Belarus Respublikası Hərbi Akademiyasının Baş Qərargah fakültəsinin rəisi general-mayor Sergey Zaytsev, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Departamenti rəisinin 1-ci müavini polkovnik Valeri Revenko, professor-müəllim heyəti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşesi polkovnik Elşən Rəhimov, köməkçisi polkovnik-leytenant Aydın Rəhimov və həmin fakültənin birinci kursunda təhsil alan Azərbaycan Ordusunun zabitləri iştirak ediblər.
Cari ildə bu ali hərbi təhsil müəssisəsindən Azərbaycan Ordusunun 2 zabiti məzun olub. Polkovnik Anar Hüseynov hərbi akademiyanı əla qiymətlərlə bitirərək fərqlənmə diplomu alıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























