İsrail ordusu Dəməşqi vurdu

İsrail ordusu Dəməşqi vurdu

İsrail ordusu bu gün Fələstinin "İslami Cihad" qruplaşmasının Qəzzadakı obyektlərinə aviazərbələr endirib.

Mediainfo.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

"İslami Cihad" terror qruplaşması Qəzza zolağındakı təhlükəsizlik divarında terror törətməyə çalışdı. Daha sonra Qəzzadan raketlər buraxıldı. Buna cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Dəməşqin cənubundakı hədəflərə və "İslami Cihad"ın Qəzza zolağındakı onlarla obyektinə zərbələr endirib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən İsrail hərbçiləri Qəzza zolağındakı təhlükləsizlik divarına partlayıcı yerləşdirmək istəyən iki nəfəri güllələmişdi.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az