İsrailə irimiqyaslı hücum başladı

İsrailə irimiqyaslı hücum başladı

Son bir neçə saat ərzində Fələstindən İsrail ərazisinə azı 20 raket atılıb.

Mediainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Fələstindəki qruplaşmalar tərəfindən təşkil edilən hücum zamanı İsraildə xəbərdarlıq siqnalları işə düşüb. İnsanlar sığınacaqlara yönəlib. İsrail mənbələrinin məlumatına görə, mərmilər ölkənin cənub bölgələrinə düşüb. Tələfat və yaralılar barədə məlumat yoxdur.

Qeyd edək ki, ötən gün Qəzza bölgəsində İsrail təhlükəsizlik əməkdaşlarının müdaxiləsi nəticəsində 1 fələstinli həlak olub. 2 nəfər yaralanıb. Bildirilir ki, fələstinli qruplar bu hadisəyə cavab olaraq İsrail ərazisinə raket zərbəsi endirib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az