Rus muzdluları döyüşə qoşuldu

Rus muzdluları döyüşə qoşuldu

Donbasdakı separatçı rejim Ukrayna ordusunun Novotoşkovsk, Orexovo, Krımskoye, Xutor Volnıy yaşayış məntəqələrindəki mövqelərinə hücum edib.

Mediainfo.az xəbər verir ki, bu məlumatı Ukrayna Birləşmiş Qüvvələrinin Əməliyyat Qərargahı yayıb.

"Düşmən əsgərlərimizə Minsk razılaşmasında qadağan edilən silahlarla atəş açıb. Düşmən 120 millimetrlik minaatanlardan istifadə edir. Həmçinin qumbaraatanlardan və böyük kalibrli pulemyotlardan mövqelərimizi atəşə tutur", – deyə məlumatda bildirilib.

Ukrayna mətbuatı isə separatçıların hücumu nəticəsində ordunun itkilər verdiyini bəyan edib. Jurnalist Yuri Butusov döyüşlərin səhər 05:00-dan davam etdiyini bildirib:

"Zolotoda döyüşlər 05:00-dan davam edir. Cəbhədə situasiya çox ağırdır. Artilleriya səsini Severodonetsk, Lisiçansk, Popasnoy əhalisi eşidir".

TSN televiziyası separatçıların hücumu nəticəsində Zoloto yaxınlığında Ukrayna ordusunun mövqelərini itirdiyi haqqında məlumat yayıb. Separatçılarla bərabər Rusiya muzdlularının da hücumda iştirak etdiyi qeyd edilib.

Hücum zamanı daha bir neçə ukraynalı hərbçi yaralanıb. Xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin stabil olduğu açıqlanıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az