ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında tərəflərə kömək göstərilməsi işinə sadiqdir.
Bunu Mediainfo.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən deyiblər.
Səfirlikdən bildiriblər ki, münaqişənin ədalətli və dayanıqlı nizamlanması güc tətbiqi və ya bununla bağlı təhdidin qəbulolunmazlığı barədə Helsinki yekun aktının prinsiplərinə, ərazi bütövlüyü, xalqların hüquqlarının bərabərliyi prinsiplərinə əsaslanmalıdır.
Qeyd olunub ki, ABŞ ötən ilin dekabrında Bratislavada ATƏT Nazirlər Şurasının iclasında ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin nümayəndə heyəti rəhbərlərinin birgə bəyanatını tam dəstəkləyir. Bu bəyanatda vurğulanır ki, status-kvo qəbulolunmazdır və münaqişənin hərbi yolla həlli mövcud deyil:
"Bununla əlaqədar ABŞ Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin 2020-ci ilin əvvəlində həmsədrlərin himayəsi ilə yenidən görüşməsi niyyətini dəstəkləyir. ATƏT-in Minsk qrupu formatı dayanıqlı nizamlanmaya nail olmaq üzrə səylərin dəyişməz mərkəzidir".
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























